logo

Azərbaycan və Gürcüstan XİN başçıları görüşüblər

13:11 24-09-2020 | icon 1967
Azərbaycan və Gürcüstan XİN başçıları görüşüblər

Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində həmkarı David Zalkaliani ilə görüşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Gürcüstan Xarici İşlər Nazirliyində baş tutan görüşdən sonra mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, nazir C. Bayramovun Gürcüstana rəsmi səfəri bu gün başa çatacaq.

Qeyd edək ki, ötən gün Gürcüstanın Xarici İşlər Nazirliyi Ceyhun Bayramovun səfər proqramı barədə məlumat yayıb. Bildirilib ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri səfər çərçivəsində Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir Giorgi Qaxaria, xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, parlament sədrinin müavini Kaxaber Kuçava, eləcə də deputatlarla görüşəcək.

Ceyhun Bayramov Tbilisidə Heydər Əliyev adına parkda Azərbaycanın ümummilli liderinin büstünü və Qəhrəmanlar meydanında ucaldılmış abidəni də ziyarət edəcək.

Nazir C. Bayramovun Gürcüstana rəsmi səfəri bu gün başa çatacaq.