logo

İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunan səfirini qəbul edib

10:29 24-09-2020 | icon 2079
İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunan səfirini qəbul edib

Prezident İlham Əliyev sentyabrın 24-də İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristian Kamilin etimadnaməsini qəbul edib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Səfir etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.