logo

Türkiyədə daha 72 nəfər koronavirusdan dünyasını dyişib

21:20 23-09-2020 | icon 2387
Türkiyədə daha 72 nəfər koronavirusdan dünyasını dyişib

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına gündəlik yoluxma və ölüm hallarında ciddi artım davam etməkdədir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki,sentyabrın 23-də ölkə üzrə 112 min 102 nəfər koronavirus testindən keçirilib. Onlardan 1767-si xəstə çıxıb.

Sutka ərzində 1027 nəfər sağalıb, 72 xəstə dünyasını dəyişib.

İndiyədək infeksiyadan ölənlərin sayı 7 min 711-ə çatıb.

Bu vaxtadək koronavirusa 308 min 69 nəfər yoluxub. Hazırda 1561 xəstənin vəziyyəti ağırdır.