logo

“Azercell” abunəçilərinə hədiyyə balans qazandırır

16:56 23-09-2020 | icon 3094
“Azercell” abunəçilərinə hədiyyə balans qazandırır

Ölkənin ən çox seçilən mobil operatoru “Azercell Telekom” MMC daha bir ilkə imza ataraq yerli bazara yeni “Paylaş-Qazan” proqramını gətirir. Regionda bu xidməti ilk təqdim edən “Azercell” “Kabinetim” tətbiqinin imkanlarını növbəti dəfə genişləndirir və abunəçilərinə hədiyyə balans qazanmaq üçün unikal imkan yaradır.

YeniAvropa xəbər verir ki, beləliklə, sentyabrın 18-dən etibarən mobil operatorun abunəçiləri “Kabinetim” tətbiqində “Paylaş” düyməsi vasitəsilə “Azercell”in rəqəmsal xidmətlərini dostlarına tövsiyə edərək bonus balans əldə edirlər. Bunun üçün yeganə şərt isə dostların təklifdən yararlanaraq “Kabinetim”lə gələn bildiriş üzərindən müvafiq xidmətə abunə olmasıdır.

“Azercell” tətbiqlərini paylaşan abunəçilər “BluTv” və “ivi” xidmətlərinə hər bir yeni abunəlik üçün 1 AZN, “Kabinetim” tətbiqinə hər uğurlu tövsiyə üçün 0.10 AZN bonus balans qazanırlar.

Ən əsası isə lider mobil operator bonusların sayını məhdudlaşdırmır. Şirkətin həm fakturalı, həm də fakturasız xətt istifadəçiləri “Azercell” tətbiqlərini gün ərzində məhdudiyyətsiz sayda dostları ilə paylaşıb, bonusları istənilən istiqamətdə istifadə edə bilərlər.

“Azercell”dən “Kabinetim”lə hədiyyə balans qazanmaq fürsətini qaçırma. Dostlarınla faydalı tətbiqləri paylaş ki, balansını “Azercell” artırsın.

Kampaniya haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/services/partner_services/referal/ səhifəsinə keçid etməyiniz xahiş olunur.

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.