logo

İranda koronavirusdan ölənlərin sayı 25 min nəfərə yaxınlaşır

14:10 23-09-2020 | icon 2401
İranda koronavirusdan ölənlərin sayı 25 min nəfərə yaxınlaşır

İranda ötən sutka ərzində 184 nəfər koronavirusdan (COVID-19) ölüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə,  bununla da İranda koronavirusdan ölənlərin sayı 24 840  nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 3 948  nəfər koronavirusa yoluxub. Beləliklə İranda COVID-19-a yoluxanların sayı 432 798 nəfərə çatıb.