logo

Nərimanov İcra Hakimiyyətində nə baş verir?- daha bir şöbə müdiri öldü

12:33 23-09-2020 | icon 1988
Nərimanov İcra Hakimiyyətində nə baş verir?- daha bir şöbə müdiri öldü

Nərimanov rayon İcra Hakimiyyətində daha bir şöbə müdiri dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki, bu gün İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Hüseyn Cəfərov vaxtsız vəfat edib. Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.

Xatırladaq ki, bundan bir qədər əvvəl Nərimanov rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu intihar etmişdi.

Bu, Nərimanov İcra Hakimiyyətində baş verən yeganə intihar hadisəsi deyil. Belə ki, İcra Hakimiyyətinin xanım əməkdaşı da intihar edərək həyatına son qoymuşdu.