logo

Sabah Bakıda qısamüddətli yağış yağacaq,  27° isti olacaq

14:09 22-09-2020 | icon 1869
Sabah Bakıda qısamüddətli yağış yağacaq,  27° isti olacaq

Azərbaycanda sentyabrın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 19-21°, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 millimetr civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 45-50 faiz təşkil edəcək.

Sentyabrın 23-də Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 22-27°, dağlarda gecə 6-11°, gündüz 13-17° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 23-24-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.