logo

Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb

10:30 22-09-2020 | icon 1953
Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb

Ağgöl Milli Parkının və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilənbirgə nəzarət tədbirləri zamanı milli parkın ərazisindəqanunsuz balıq ovlayan şəxs saxlanılıb.  YeniAvropa xəbər verir ki, bu barədə Xidmətin rəis müavini Bəhruz Məhəmmədov məlumat verib.

“Araşdırma zamanı brakonyerin Beyləqan rayonu Eyvazalılar kənd sakini Afət Sarıyev olduğu və təbiətə 2376 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ondanistifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb”,-deyə Bəhruz Məhəmmədov bildirib. 

Onun sözlərinə görə, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib.