logo

İstanbulda Avropanın ən hündür teleqülləsi istismara verilib

11:47 22-09-2020 | icon 2422
İstanbulda Avropanın ən hündür teleqülləsi istismara verilib

İstanbulda Türkiyənin yeni teleradio qülləsi tam fəaliyyətə başlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, İstanbulun ən yüksək yerlərindən biri olan Çamlıca bölgəsində inşa olunan yeni qüllənin fəaliyyətə başlamasının ardından ərazidəki digər qüllələrin söküntü işlərinə başlanılıb.

Bu barədə məlumat verən Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu İstanbulun mənzərəsinin pozulmaması məqsədilə Böyük Çamlıcada 25, Kiçik Çamlıcada isə 3 olmaqla, ümumilikdə 28 ötürücünün söküləcəyini bildirib. Nazir yeni ötürücünün fəaliyyətə başlaması ilə ərazinin turizm baxımından da əhəmiyyətli yerə sahib olacağını qeyd edib.

Hündürlüyü 369 metr olan qüllə 10 min kvadratmetr ərazidə inşa olunub. Dəniz səviyyəsindən 587 metr yüksəkdə olan bu ötürücü, eyni zamanda Avropanın ən hündür teleradio qülləsidir.