logo

Azərbaycanda daha 92 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

17:49 21-09-2020 | icon 2030
Azərbaycanda daha 92 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 81 nəfər müalicə olunaraq sağalıb, 92 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda deyilir. Bildirilib ki,  COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 39 min 280 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 836 nəfər müalicə olunaraq sağalıb, 576 nəfər vəfat edib. Aktiv xəstə sayı 1868 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 57 min 803 test aparılıb. Bugünkü test sayı isə 3011-dir.