logo

Koronavirusa yoluxma artdı, səhiyyə naziri istefa verdi

17:10 21-09-2020 | icon 2058
Koronavirusa yoluxma artdı, səhiyyə naziri istefa verdi

Bu gün Çexiyanın səhiyyə naziriı Adam Voytex istefa verib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, “Ano” partiyasının üzvü, son 3 ildə bu vəzifəni tutan nazir qurumun rəhbərliyindən getmək niyyəti barədə bildirib və bu qərarını ölkədə COVID-19 pandemiyası ilə bağlı vəziyyətın pisləşməsi ilə əlaqələndirib.

Bununla yanaşı, A.Voytex jurnalistlərə müsahibəsində ölkənin bu ilin yazında koronavirusun birinci dalğasının öhdəsindən yaxşı gəldiyini söyləyib.

Ölkə müxalifəti isə nazirin bu fikri ilə heç də razı deyil. Bildirilir ki, ötən bazar yoluxanların siyahısına 985 nəfər əlavə olunub. Bu, ötən həftə ərzində ən aşağı göstərici hesab edilir. Lakin onu da nəzərə almaq lazımdır ki, adətən bazar günlərində iş günlərinə nisbətən daha az vətəndaş test analizləri verir.

Verilən məlumatlara görə. ölkədə paytaxtla yanaşı, Uqerske-Qradişte və Kromerjije şəhərlərində də vəziyyət qənaətbəxş deyil.