logo

İranda daha 177 nəfər koronavirusun qurbanı olub

16:09 21-09-2020 | icon 2233
İranda daha 177 nəfər koronavirusun qurbanı olub

İranda ötən sutka ərzində 177 nəfər koronavirusdan (COVID-19) ölüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə,  bununla da İranda koronavirusdan ölənlərin sayı 24 478 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 3 341 nəfər koronavirusa yoluxub. Beləliklə İranda COVID-19-a yoluxanların sayı 425 481 nəfərə çatıb.

O qeyd edib ki, İranda indiyədək 361 523 nəfər koronavirusdan sağalıb.