logo

Tovuzda daha bir əsgərimiz yaralandı

14:49 21-09-2020 | icon 294
Tovuzda daha bir əsgərimiz yaralandı

Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq 2020-ci il sentyabrın 20-də saat 17 radələrində Tovuz rayonunun Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub. Bildirilir ki, nəticədə əsgər Qurbanov Qurban Azad oğlu “sağ çiyin nahiyəsinin kor qəlpə yarası” xəsarəti alıb.

Faktla bağlı Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni aparma) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

 Xatırladaq ki, sentyabrın 21-də saat 09 radələrində Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olub.