logo

Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilir

11:49 21-09-2020 | icon 1645
Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilir

Sentyabrın 21-də Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilir. İclasın gündəliyinə 3 məsələ daxil edilib.

YeniAvropa xəbər verir ki, iclasda Gənclər və idman komitəsinin 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat dinləniləcək.

Həmçinin komitənin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı təsdiq olunacaq.

Komitə üzvləri cari məsələlərlə bağlı fikir mübadiləsi də aparacaqlar.