logo

Türkiyədə koronavirusdan ölənlərin sayı 7500-ü ötdü

20:42 20-09-2020 | icon 2170
Türkiyədə koronavirusdan ölənlərin sayı 7500-ü ötdü

Türkiyədə bu gün daha 61 nəfər koronavirusdan ölüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Koca məlumat verib.

Nazir bildirib ki, Türkiyədə koronavirusdan indiyədək 7506 nəfər ölüb. Yoluxma sayı 302 867-dİr. Bu gün daha 1116 xəstə evə buraxılıb. Bununla da koronavirusdan sağalanların sayı 266 177 nəfərə çatıb.