logo

Türkiyədə koronavirusdan ölənlərin sayı 7500-ə yaxınlaşır

21:35 19-09-2020 | icon 2373
Türkiyədə koronavirusdan ölənlərin sayı 7500-ə yaxınlaşır

Son sutka ərzində Türkiyədə koronavirusa 1538 yeni yoluxma aşkarlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə  ölkənin səhiyyə naziri Fəxrədddin Koca bildirib.

Nazir qeyd edib ki, bununla ölkədə COVID-19 xəstələrinin ümumi sayı  301 min 348 nəfərə çatıb.

Fəxrədddin Kocanın sözlərinə görə, son sutkada təhlükəli infeksiyadan daha 68 nəfər vəfat edib. Beləliklə, koronavirusdan ölənlərin ümumi sayı 7 445 nəfərə yüksəlib.

Həmçinin qeyd edilib ki, ötən gün ərzində 1 312 pasiyent COVID-19-dan sağalıb. Bununla da koronavirusdan sağalanların sayı 266 117 nəfərə yüksəlib.

Sentyabrın 19-də Türkiyədə 97 min 416 nəfər koronovirus testindən keçirilib. Ölkədə indiyədək aparılan ümumi testlərin sayı isə 9 milyonu ötüb.