logo

Azərbaycanda  daha 148 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

16:55 19-09-2020 | icon 2023
Azərbaycanda  daha 148 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 177 nəfər sağalıb, 148 yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda qeyd edilib. Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 39 min 42 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 601 nəfər müalicə olunaraq sağalıb, 574 nəfər vəfat edib. Aktiv xəstə sayı 1867 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 47 min 906 test aparılıb. Bugünkü test sayı isə 6722-dir.