logo

Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri ilə görüşüb

14:15 19-09-2020 | icon 1855
Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri ilə görüşüb
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı yeni səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə H.Hacıyev özünün “Twitter” hesabında məlumat paylaşıb.

O, qeyd edib ki, görüşdə Azərbaycanla İran arasında ikitərəfli əlaqələr müzakirə edilib.

Həmçinin iki ölkə arasında dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafına dair fikir mübadiləsi aparılıb.