logo

Yunanıstanın qədim lira aləti Bakıda səsləndiriləcək

09:41 25-03-2018 | icon 4249
Yunanıstanın qədim lira aləti Bakıda səsləndiriləcək

Martın 29-da Beynəlxalq Muğam Mərkəzində Yunanıstanın qədim lira aləti ifaçısı Nikos Ksantulis konsert proqramı ilə çıxış edəcək.

YeniAvropa xəbər verir  ki, bu haqda Muğam Mərkəzindən məlumat verilib. Xəbərdə qeyd edilib ki, “Etnik musiqi inciləri” layihəsi çərçivəsində reallaşacaq konsertdə ifaçını “Bakı virtuozları” kamera orkestri müşayiət edəcək.

Konsertin dirijoru əməkdar artist Əyyub Quliyev, solistləri İlham Nəzərov, Rövşən Əmrahovdur.

Yunanıstanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsert bu ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçiriləcək.