logo

Sabah ali məktəblərə ixtisas seçimi başa çatır

12:20 19-09-2020 | icon 2933
Sabah ali məktəblərə ixtisas seçimi başa çatır

Sentyabrın 20-si saat 23:59-də ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya bildirilib ki, sentyabrın 19-u saat 10:00-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 16569, II ixtisas qrupu üzrə 11072, III ixtisas qrupu üzrə 16179, IV ixtisas qrupları üzrə isə 4077 elektron ərizə təsdiq olunub. V ixtisas qrupu üzrə isə 17914 ərizə təsdiqlənib.

2467 ərizə isə yadda saxlanılsa da, hələlik təsdiq edilməyib.

Abituriyentlərin (subbakalavrların) nəzərinə çatdırılır ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş şəxslər iştirak edə biləcəklər.