logo

TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

21:36 18-09-2020 | icon 322
TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 18-nə olan statistik göstəriciləri açıqlayıb.

 
YeniAvropa xəbər verir ki, məlumata əsasən hazırda ölkədə müalicəsi davam etdirilən 1 898 nəfər aktiv koronavirus xəstəsi var.
 
Onlardan hazırda reanimasiya şöbələrində 114 nəfər müalicə alır. Xəstələrdən 8-i süni tənəffüs cihazına qoşulub.

Hazırkı dövrədək ölkədə 38 min 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 424 nəfər müalicə olunaraq sağalıb, 572 nəfər vəfat edib. 

Ötən müddət ərzində 1 milyon 41 min 184 test aparılıb. Bugünkü test sayı isə 5898-dir.