logo

Prezident Şahin Mustafayevə yeni vəzifə verdi

18:15 18-09-2020 | icon 329
Prezident Şahin Mustafayevə yeni vəzifə verdi
Prezident İlham Əliyev "Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
 
 YeniAvropa xəbər verir ki, komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib.
 
Komissiyanın həmsədri
 
Şahin Mustafayev - Azərbaycan Respublikası Baş Nazirinin müavini
 
Komissiyanın üzvləri:
 
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri
 
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini
 
Azərbaycan Respublikası Energetika nazirinin müavini
 
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini
 
Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini
 
Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini
 
Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini
 
Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini
 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
 
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
 
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri
 
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
 
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri
 
"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
 
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
 
Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.
 
Sərəncama əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Çin Xalq Respublikası tərəfinə bildiriş göndərməlidir.