logo

Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

17:57 18-09-2020 | icon 315
Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

Müsavat Partiyası sədrinin sabiq müavini Tofiq Yaqublu aclığı dayandırıb.

 YeniAvropa xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Xatırladaq ki, Nizami rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

Tofiq Yaqublu isə ittihamları rədd edərək, həbsin siyasi xarak daşıdığını bildirir. O, məhkəmənin qərarına etiraz olaraq 17 gün idi ki, aclıq aksiyası keçirirdi. 

Bu gün Bakı Apellyasiya Məhkəməsində  Tofiq Yaqublunun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Və Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.