logo

Tofiq Yaqublu azadlıqda: ev dustaqlığına buraxıldı 

16:56 18-09-2020 | icon 336
Tofiq Yaqublu azadlıqda: ev dustaqlığına buraxıldı 

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan Müsavat Partiyası sədrinin sabiq müavini Tofiq Yaqublunun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

YeniAvropa xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayətə baxılıb və Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Nizami rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir, həbsinin siyasi motivli olduğunu iddia edirdi. Bu səbəbdən də 17 gün idi ki, aclıq aksiyası keçirirdi. 

Tofiq Yaqublu səhhəti ilə əlaqədar sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürümüşdü. O,  xəstəxanadan evə vuraxılıb.