logo

Tofiq Yaqublunun apelyasiya şikayətinə bu gün baxılacaq

12:52 18-09-2020 | icon 329
Tofiq Yaqublunun apelyasiya şikayətinə bu gün baxılacaq

Müsavat partiyasının sabıq sədr müavini Tofiq Yaqublu barəsindəki hökmdən verilən şikayətə bu gün Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov soaial şəbəkə məlumat yayıb.

O bildirib ki, 28 sentyabr 2020-ci il tarixə təyin edilmiş apelyasiya şikayətinə ilkin baxış iclası ləğv edilib: "İlkin baxış iclası bu gün saat 16:00-da olacaq. Şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq".

Vəkil həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə də bu gün Nizami rayon Məhkəməsində baxılacağını qeyd edib.

Xatırladaq ki, Nizami rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.

Qeyd edək ki, Tofiq Yaqublu 17 gündür aclıq aksiyası keçirir.