Əli Həsənovun həbsi qaçılmazdır- FETO ilə əlaqələri təsdiqlənərsə...
Prezidentin keçmiş köməkçisi Əli Həsənov Türkiyə mətbuatında FETO ilə əlaqələri barədə tirajlanan məlumatlardan narahat olub.
YeniAvropa xəbər verir ki, həmin məlumatlar yerli mediada da dərc olunub. Əli Həsənov iddialara bu ilin fevral ayında dərc edilən bir yazı ilə cavab verib. Həmin yazıda qeyd edilir ki, Əli Həsənov 30 aprel 2009-cu ildə “Gülüstan” sarayında Fətullah Gülən şəbəkəsinin əsas təşkilatlarından biri olan Dialoq Avrasiya Platforması (DAP) və eyni təyinatlı “Dialoq Avrasiya” jurnalının Azərbaycanda 10-cu ildönümü münasibətilə “İslam mədəniyyəti və müasir dünyada dialoq” mövzusunda keçirdiyi tədbirdə təşkilatçıları və fətullahçı şəbəkəni ciddi tənqid edib.
Sözügedən yazıda həmin tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sabiq sədri Hidayət Orucovun, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, DAP-ın Azərbaycandakı təsisçisi və fəxri prezidenti, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, DAP-ın Azərbaycan Milli Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov, türkiyəli tarixçi, Topqapı muzey kompleksinin direktoru İlber Ortaylı Rusiya Şərqşünaslıq İnstitutunun direktoru, professor Rostislav Ribakov, DAP-ın Qazaxıstan rəhbəri, Qazax Yazıçılar Birliyinin sədri professor Nurlan Orazalin, DAP-ın Azərbaycan nümayəndəliyinin katibi Mustafa Saatçı və başqalarının da iştirak etdiyi bildirilir.
Məsələ burasındadır ki, Əli Həsənov bu barədə 11 il sonra danışmağa başlayıb. Halbuki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev həmin tədbiri yarımçıq tərk ediblər. Qüdrət Həsənquliyev bununla bağlı ayrıca bəyanat da yaymışdı. Həmin bəyanatda tədbirin tərk edilməsi orada Fətullah Gülənin təbliğ olunması ilə əlaqələndirilib. Əli Həsənov isə həmin vaxt susub. Bu barədə hər hansı açıqlama ilə çıxış etməyib. Onun paylaşdığı yazı isə vəzifəsindən azad edildikdən sonra FETO ilə əlaqələri barədə yayılan məlumatlara cavab olaraq hazırlanıb.
Əli Həsənovun FETO ilə əlaqəsi barədə hələ hakimiyyət daxilində “nurçu qalmaqalı” baş verəndə yazılırdı. Doğrudur, o zaman əsas hədəfdə Ramiz Mehdiyevin keçmiş köməkçisi Elnur Aslanov və onun yaxın ətrafı idi. Lakin Əli Həsənovun da “Gülən şəbəkəsi” ilə ilişgilərinin olduğu barədə məlumatlar var idi. Hətta iddia olunurdu ki, o, diqqəti yayındırmaq üçün nəzarətində olan media qurumlarına rəqib hesab etdiyi fiqurları FETO-ya bağlamaq tapşırığı verib.
Əli Həsənovun bu məsələyə həssas yanaşması, iddiaları dərhal cavablandırması, barəsində yazılmış müdafiə xarakterli materialı reklama qoyması onun ciddi narahatlıq içində olduğunu göstərir.
Ekspertlər hesab edir ki, Əli Həsənovun FETO ilə əlaqələri təsdiqlənərsə, onun həbsi qaçılmaz ola bilər."Yenisabah.az"
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir