logo

Şahin Mustafayev İran səfiri ilə  əməkdaşlıq məsələlərini müzakirə edib

11:09 18-09-2020 | icon 2310
Şahin Mustafayev İran səfiri ilə  əməkdaşlıq məsələlərini müzakirə edib

Baş nazirin müavini, Azərbaycan-İran Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri  Şahin Mustafayev İran İslam Respublikasının(İİR) Azərbaycandakı səfiri Seyid Abbas Musəvini qəbul edib. 

YeniAvropa xəbər verir ki, bu barədə İİR-in Azərbaycandakı səfirliyindən bilddirilib. Qeyd edilib ki, görüşdə ikitərəfli münasibətlər, xüsusilə iqtisadiyyat, iki ölkə arasında ticarət sahəsində son vəziyyət, həyata keçirilən müştərək layihələr, dost və qonşu ölkələr arasında əlaqələrin və əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib.

İki saat davam edən görüşdə tərəflər həmçinin ikitərəfli əlaqələrin inkişafına mane olan bürokratik əngəllər, onların aradan qaldırılması yollarını müzakirə ediblər.

Eyni zamanda İran İslam Respublikası və Azərbaycan Respublikasının Yollar və Yol Nəqliyyat Təşkilatlarının rəsmiləri arasında da onlayn danışıqlar aparılıb. İranın Yollar və Nəqliyyat Təşkilatının Beynəlxalq Tranzit və Nəqliyyat Ofisi Baş direktoru və Azərbaycan Avtomobil Nəqliyyatı Xidmətinin baş direktorunun rəhbərliyi ilə keçirilən həmin iclasda tərəflər Azərbaycan Respublikasına daxil olan İran yükləri ilə bağlı məsələləri müzakirə ediblər. Daşınma (sığortalı yükün bir nəqliyyat vasitəsindən digərinə köçürülməsi) ilə əlaqəli, İranlı sürücülərinin Azərbaycan tərəfinin  avtoparklarındakı mövcud uyğunsuzluqlarla bağlı narazılıqların aradan qaldırılması müzakirə edilib, tərəflər mövzu ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin, bütün İran yüklərinin Azərbaycan Respublikası ərazisində  sonuncu mənzilədək müşayiət olunması, eləcə də  iki ölkə arasında pasport mübadiləsinin genişləndirilməsi ilə bağlı məsələlər də müzakirə edilib.