logo

Azərbaycanın “Evrovision-2021”də iştirakı təsdiqlənib

10:47 18-09-2020 | icon 35126
Azərbaycanın “Evrovision-2021”də iştirakı təsdiqlənib

Gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək “Evrovision-2021” mahnı müsabiqəsində Azərbaycanın iştirakı təsdiqlənib.

YeniAvropa xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, mayın 18, 20 və 22-də Rotterdamda baş tutacaq “Evrovision-2021”  mahnı müsabiqəsində ölkəmizi Efendi təmsil edəcək.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Evrovision”nun Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

“Evrovision-2021” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.