logo

“Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırdı

21:55 17-09-2020 | icon 2457
“Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırdı

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Neftçi” - “Qalatasaray” oyunu başa çatıb.

 YeniAvropa xəbər verir ki, matçda "Qalatasaray" komandası 3:1 hesablı qələbə qazanıb.

“Neftçi”nin qolunu Mamadu Mbodj vurub. Rəqib komandadan isə Mbaye Diaqne dubl edib, Kristian Luyindama bir dəfə fərqlənib.

Beləliklə, “Neftçi” komandası UEFA Avropa Liqasında mübarizəni dayandırıb.