logo

"Altıağac" Milli Parkında ağacların kəsilməsini Baş Prokurorluq araşdıracaq

19:49 17-09-2020 | icon 2737
"Altıağac" Milli Parkında ağacların kəsilməsini Baş Prokurorluq araşdıracaq

"Altıağac" Milli Parkının əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı parkın ərazisində çoxlu sayda müxtəlifcinsli ağacların kəsildiyi məlum olub.

 YeniAvropa xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev məlumat verib. Bildirib ki, araşdırma zamanı ağacların milli parka yaxın ərazidə fəaliyyət göstərən “Cənnət Bağı” istirahət mərkəzinin ətrafında gecə saatlarında kəsildiyi və təbiətə 30240,78 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.