logo

Tofiq Yaqublunun apellyasina sentyabrın 28-də baxılacaq

19:13 17-09-2020 | icon 1946
Tofiq Yaqublunun apellyasina sentyabrın 28-də baxılacaq

Müsavat partiyasının sabıq sədr müavini Tofiq Yaqublu barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclasının vaxtı məlum olub.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə vəkil Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, iclas sentyabrın 28-i saat 15:00-a təyin edilib. Şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, Nizami rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

Tofiq Yaqublu isə ittihamları rədd edərək, həbsin siyasi xarak daşıdığını bildirir. O, məhkəmənin qərarına etiraz olaraq 16 gündür ki, aclıq aksiyası keçirir.

Həbsxanada başlanan aclıq aksiyası sentyabrın 12-dən köçürüldüyü "City Hospital"da  davam edir.