logo

Pakistanın yeni səfiri Bakıya gəlib

16:08 17-09-2020 | icon 2002
Pakistanın yeni səfiri Bakıya gəlib

Pakistanın yeni səfiri Bilal Hayee Azərbaycana gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə diplomat özünün "Twitter" səhifəsində məlumat paylaşıb.  

“Təhlükəsiz şəraitdə Bakıya çatdım və Pakistanın Azərbaycandakı səfiri postunu təhvil aldım. Karyeramda yeni bir səhifənin açılmasından və qardaş Azərbaycanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə öz töhfəmi verməkdən məmnunam”, - deyə səfir vurğulayıb.