logo

Ukrayna Azərbaycana olan aviareysləri bərpa edir

15:55 17-09-2020 | icon 2492
Ukrayna Azərbaycana olan aviareysləri bərpa edir

“Ukrayna Beynəlxalq Hava Yolları” şirkəti oktyabrın 1-dən Kiyev-Bakı-Kiyev aviareysini bərpa etməyi planlaşdırır.

YeniAvropa xəbər verir ki, bu barədə  aviaşirkətin yaydığı press-relisdə bildirilir. Qeyd edilir ki,  “Ukrayna Beynəlxalq Hava Yolları” oktyabrın 1-dən, həmçinin Kiyevdən London, Praqa, Brüssel, Düsseldorf istiqamətinə də uçuşları bərpa edəcək.

Xatırladaq ki, koronavirusun yayılması ilə əlaqədar martın 17-dən Ukrayna və Azərbaycan arasında intensiv təyyarə uçuşları təxirə salınıb.