logo

Milli Məclisin Mədəniyyət komitəsinin ilk iclası keçirilir

15:27 17-09-2020 | icon 1855
Milli Məclisin Mədəniyyət komitəsinin ilk iclası keçirilir

Sentyabrın 17-də Milli Məclisin Mədəniyyət komitəsinin payız sessiyasında ilk iclası keçirilir.

YeniAvropa xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib.

İclasda Mədəniyyət komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat təqdim olunacaq.

Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsinə baxılacaq.

Müzakirələr zamanı cari məsələlərə də münasibət bildiriləcək.