logo

Paytaxtda ağır avtoqəza: ölən var

21:31 16-09-2020 | icon 7133
Paytaxtda ağır avtoqəza: ölən var

Paytaxtın Qaradağ rayonu ərazisində "Toyota" markalı minik avtomobili ilə  “MAN” markalı yük avtomobili toqquşub.

 YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilib. Qeyd edilib ki,  hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Rüstəmov Qədir İsmayıl oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.