logo

UEFA Çempionlar Liqası: “Qarabağ” “Molde” oyunu başlayıb

21:06 16-09-2020 | icon 2744
UEFA Çempionlar Liqası: “Qarabağ” “Molde” oyunu başlayıb

UEFA Çempionlar Liqasının III seçmə mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Molde” (Norveç) oyunu başlayıb.

 YeniAvropa xəbər verir ki, Kiprdəki “AEK Arena”da stadionunda keçirilən oyunda “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Kevin Medina, Vild-Donald Gerye, Uroş Matiç, Qara Qarayev, Filip Ozobiç, Xayme Romero, Abdullah Zubir və Mahir Emreli yer alıblar.

“Molde”nin ilk onbirliyində isə meydana Andreas Linde, Stian Qreqersen, Maqnus Eykrem, Leke Ceyms, Martin Ellinqsen, Erlinq Knudtcon, Ecas Xussayn, Fredrik Eyrsnes, Eyrik Xestad, Xenri Uonqo və Kristoffer Xeuqen çıxıblar.

Bu oyunun qalibi koronavirus pandemiyası səbəbindən yeni reqlamentə görə, bir oyunla məlum olacaq.

Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Scran Yovanoviçdir. Hakim-inspektor və UEFA nümayəndəsi kimi kiprlilər təyinat alıb.

Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu (4:0), II təsnifat mərhələsində isə Moldovanın “Şerif” komandasını mübarizədən kənarlaşdırıb - 2:1.

“Molde” isə Finlandiyanın KUPS (5:0) və Sloveniyanın “Cele” klublarından güclü olub - 2:1.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.