logo

Qurban Məmmədov İstanbula niyə gəlib? 

14:51 16-09-2020 | icon 1715
Qurban Məmmədov İstanbula niyə gəlib? 

Londonda yaratdığı internet televiziyasından Azərbaycan hakimiyyətinin sərt tənqid edən Qurban Məmmədovun bu günlərdə  Türkiyənin İstanbul şəhərinə gəlməsi barədə məlumat vermişdik.  

 YeniAvropa xəbər verir ki, bu barədə Qurban Məmmədov özü də sosial şəbəkədə status paylaşaraq faktı təsdiqləyib.

Lakin onun Azərbaycan hakimiyyəti üçün əl çatan olan Türkiyəyə gəlişi müxtəlif mülahizələrə səbəb olub. Məsələ burasındadır ki, Qurban Məmmədovun prezidentin keçmiş köməkçisi Əli Həsənovla əlaqələrinin olması barədə iddialar var. Digər tərəfdən isə artıq iki həfdədir ki, prezidentin sabiq köməkçisi Türkiyədədir. Əli Həsənov bu gedişini səhhətindəki problemlərlə əlaqələndirib. O, bununla bağlı açıqlama yayaraq müalicə olunduğunu, 10-15 günə Azərbaycana qayıdacağını bəyan edib. 

Məsələ burasındadır ki, bu səfərin müalicə məqsədilə edilmədiyini düşünənlər də var. Prezidentin sabiq köməkçisi vəzifəsindən çıxarılandan sonra hakimiyyətə yaxın media qurumlarında onunla barəsində tənqidi materialların tirajlanması, daha sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsində KİVDF ilə bağlı başlanmış cinayət işinin istintaqına cəlb edilməsi barədə məlumatların yayılması illərlə ölkənin ictimai-siyasi seqmentini kurasiya edən bu şəxsin həbsinə hazırlıq getdiyi barədə ehtimallara səbəb olub. 

Yenisabah.az xəbər verir ki, Əli Həsənov Türkiyəyə getdikdən sonra onun Qurban Məmmədovla əlaqələrinin olması barədə məlumatlar daha da çoxalıb.İstər prezidentin keçmiş köməkçisi, istərsə də, Qurban Məmmədovun özü bu məlumatları təkzib etsə də, adıçəkilən şəxslərin işbirliyində olması barədə məlumatlar səngimir. 

Qurban Məmmədovun İstanbulda olması bu baxımdan maraqla qarşılanıb və səfərin Əli Həsənovla görüş məqsədilə edildiyi barədə mülahizələrə səbəb olub. Bu arada qeyd edək ki, Əli Həsənovun Qurban Məmmədov və hökuməti sərt formada tənqid edən, iqtidarın “söyüş müxalifəti” adlandırıdığı qurpun üzvləri ilə bir neçə dəfə Türkiyədə görüşdüyü barədə də məlumatlar yayılmışdı.