logo

Tofiq Yaqublunun səhhəti təhlükəli vəziyyətə çatıb - Vəkili

13:12 16-09-2020 | icon 1596
Tofiq Yaqublunun səhhəti təhlükəli vəziyyətə çatıb - Vəkili

Müsavat partiyasının keçmiş sədr müavini Tofiq Yaqublunun səhhəti təhlükəli vəziyyətə çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc özünün  “Facebook” hesabında  status paylaşıb. O, Tofiq Yaqublunun fizioloji çətinlik çəkdiyini qeyd edib:

"Nəhayət 4-cü cəhdimdə Tofiq bəy Yaqublu ilə görüşə bildim. Sağlamlığında gündən-günə problemlər baş qaldırır. Gözlərinin görməsində problemlər baş qaldırıb, əllərini belə yummağa çətinlik çəkir. İndiyənə qədər qida və qidaverici sistemlərdən imtina edir. Qeyd etdi ki, ona qarşı olan ədalətsizliyə son qoyulmasa sudan belə imtina edəcək.

Ehtiyaclarını Penitensiar xidmətin əməkdaşlarının köməyi ilə həyata keçirir. Penitensiar xidmətin əməkdaşlarının davranışlarından çox razılıq bildirdi. Həmçinin xüsusilə qeyd etdi ki, həkim Adil Qeybulla möhtəşəm işlər görərək, onun körpə uşaq kimi qayğısına qalır və xahiş etdi ki, həkimi barədə olan manipulyasiyalara ona nisbətdə son qoyulsun. Ona dəstək olan hər kəsə dərin təşəkkürlərini çatdırır!".

Xatırladaq ki,  sentyabrın 3-də Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə keçən məhkəmədə  Tofiq Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Sentyabrın 2-dən etibarən isə o, aclıq aksiyasına başladığını elan edib.