logo

Sabahadək Xırdalanda su olmayacaq

19:44 15-09-2020 | icon 1995
Sabahadək Xırdalanda su olmayacaq

Xırdalan şəhərinin bir hissəsində içməli suyun verilməsində məhdudiyyət olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.Qeyd edilib ki, magistral kəmərdə aparılan təmir-bərpa işləri ilə əlaqədar sentyabrın 15-i gecə saatlarından etibarən sentyabrın 16-sı gündüz saatlarınadək Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.