logo

Bu il Azərbaycanda 8 mindən çox boşanma qeydə alınıb

19:21 15-09-2020 | icon 2093
Bu il Azərbaycanda 8 mindən çox boşanma qeydə alınıb

Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 20 611 nikah vә 8 285 boşanma halları qeydә alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirlib ki, әhalinin hәr 1 000 nәfәrinә nikahların sayı 3,5, boşanmaların sayı isә 1,4 təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63 min 869 nikah və 17 min 148 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 2018-ci illə müqayisədə dəyişməyərək eyni səviyyədə (6,4) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.