logo

10 milyon 100 min nəfəri ötdük

17:09 15-09-2020 | icon 1953
10 milyon 100 min nəfəri ötdük
Avqust ayının 1-nə olan məlumata əsasən Azərbaycan əhalisinin sayı  10 milyon 100 min 622 nәfәrә çatıb. 
 
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirlib. Qeyd edilib ki, ilin әvvәlindәn  ölkә әhalisinin sayı 33 min 514 nәfәr vә ya 0,3 faiz artıb.
Әhalinin ümumi sayının 52,8 faizini şәhәr, 47,2 faizini kәnd sakinlәridir.
Ölkə əhalisinin 49,9 faizini kişilәr, 50,1 faizini isә qadınlar tәşkil edir.
Hesabat dövründə bir kvadrat kilometrә düşәn әhalinin sayı isə 117 nәfәr təşkil edib.