logo

Yaxın vaxtlarda İlham Əliyev- Həsən Ruhani görüşü olacaq

16:59 15-09-2020 | icon 273
Yaxın vaxtlarda İlham Əliyev- Həsən Ruhani görüşü olacaq

Yaxın vaxtlarda Azərbaycan və İran prezidentləri - İlham Əliyev və Həsən Ruhaninin, eləcə də hər iki ölkədən olan nazirlərin iştirakı ilə videokonfrans formatında görüş keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi Bakıdakı İran Mədəniyyət Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib. 

Diplomat vurğulayıb ki, bu ilin martında Azərbaycan prezidentinin İrana rəsmi səfəri planlaşdırılmışdı. Lakin pandemiya səbəbindən həmin səfər gerçəkləşmədi. Qarşıdakı vidieformat şəkilində keçiriləck  görüş də elə həmin baş tutmayan  səfərin əvəzi olacaq.

"Ümid edirəm ki, bu videokonfransdan sonra İran və Azərbaycan arasında münasibətlər daha da inkişaf edəcək”,- deyə Seyid Abbas Musəvi vurğulayıb.