logo

Azərbaycanda daha 114 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

16:07 15-09-2020 | icon 2016
Azərbaycanda daha 114 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 138 nəfər müalicə olunaraq sağalıb, 114 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatd deyilir. Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 38 min 517 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 min 998 nəfər müalicə olunaraq sağalıb, 566 nəfər vəfat edib. Aktiv xəstə sayı 1953 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 20 min 29 test aparılıb. Bugünkü test sayı isə 6921-dir.