logo

Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında

14:59 15-09-2020 | icon 1953
Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları Gəncə səmasında uçuşlara başlayıb.

 YeniAvropa xəbər verir ki, Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14:00-dan etibarən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin Gəncə şəhəri üzərində nümunəvi uçuşları keçirilir.

Uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunub.

Gəncə sakinləri Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcılarının uçuşlarını böyük qürur və sevinclə izləyirlər.