logo

ÜST: Qarşıdakı iki ayda koronavirusdan ölənlərin sayı artacaq

20:59 14-09-2020 | icon 2702
ÜST: Qarşıdakı iki ayda koronavirusdan ölənlərin sayı artacaq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada oktyabr və noyabr aylarında koronavirusla əlaqəli ölüm sayının artacağını gözləyir.

 YeniAvropa xəbər verir ki, bu barədə Frans Press” agentliyi ÜST-ün Avropa üzrə Regional Bürosunun direktoru Hans Klugeyə istinadən xəbər verib.

“Vəziyyət daha da mürəkkəbləşəcək. Oktyabr və noyabr ayında daha yüksək ölüm nisbətini görəcəyik”, -deyə o, xəbərdarlıq edib.

ÜST rəsmisi həmçinin onu da vurğulayıb ki, ölüm sayında artım Avropada yeni epidemiya dalğası səbəbiylə yoluxmaların çoxalması ilə əlaqəli olacaq.

Son məlumatlara görə, dünyada 29 milyondan artıq insanda koronavirus aşkarlanıb. Virusdan ümumilikdə 928 mindən çox insan ölüb.