logo

Soçidə Putin-Lukaşenko görüşü: Kremlin Minskə şərtləri nələr olacaq?

16:09 14-09-2020 | icon 2590
Soçidə Putin-Lukaşenko görüşü: Kremlin Minskə şərtləri nələr olacaq?

Bu saatlarda  Soçidə Rusiya prezidenti Vladimir Putinlə onun belaruslu həmkarı Aleksandr Lukaşenko arasında danışıqlar başlayıb.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, danışıqlar nə qədər lazım gələrsə, o qədər davam edəcək.

Qeyd edək ki, bu, Belarus prezidentinin 9 avqust seçkilərindən sonra ilk xarici səfəridir.

Kremlin mətbuat xidmətindən bildirilib ki, Soçi danışıqlarında Rusiya-Belarus arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məqamları müzakirə olunacaq. Ticarət-iqtisadi, energetika və mədəni-humanitar sahələrdə birgə böyük layihələrin reallaşdırılmasına, habelə İttifaq dövləti çərçivəsində inteqrasiya proseslərinin perspektivlərinə xüsusi diqqət ayrılması planlaşdırılır.

Görüşün yekunlarına dair hər hansı sənədin imzalanması nəzərdə tutulmur.

Belarusun dövlət agentliyi olan  "BelTA"nin məlumatında isə deyilir ki, prezidentlərin danışıqları təkbətək formatda keçiriləcək.