logo

Əli Həsənov Antalyadakı lüks villasında dincəlir

10:09 11-09-2020 | icon 2401
Əli Həsənov Antalyadakı lüks villasında dincəlir

Türkiyədə müalicə olunduğu deyilən prezidentin sabiq köməkçisi Əli Həsənovun qaldığı yer məlum olub.

YeniAvropa xəbər verir ki, hazırda Əli Həsənov Türkiyənin Antalya bölgəsində yerləşən villasında ailəsi ilə bərabər istirahət edir. "Demokrat.az"ın məlumatına görə, sözügedən villa Antalyanın dəniz sahili ərazisi olan Konyaaltı, Gürsu ünvanında yerləşir.

Əli Həsənovun qudası Milli Məclisin deputatı,Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin də onlarla bir yerdə istirahətdə olduğu deyilir.

Qeyd edək ki, prezidentin sabiq köməkçisi Əli Həsənovun Türkiyənin məşhur "Ersek” ürək-cərrahiyyə klinikasında müalicə aldığı barədə xəbər təsdiqini tapmayıb.

Sözügedən klinikadan bildirilib ki, orada Həsənov Əli Məhəmmədəli oğlu ad-soyadlı xəstə qeydə alınmayıb.

"Bizim klinikada belə bir şəxsin müalicə aldığı barədə hər hansı məlumat yoxdur”, - deyə klinikanın əməkdaşı bildirib.