logo

10 manatlıq şirkət eyni dövlət qurumundan 3-cü tenderi də uddu

20:15 10-09-2020 | icon 2513
10 manatlıq şirkət eyni dövlət qurumundan 3-cü tenderi də uddu

10 manat nizamnamə kapitalı olan "Göygöl Təmir-Tikinti Təchizat T.R." MMC Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTB) daha bir böyük tenderini udub.

YeniAvropa xəbər verir ki, sözügedən şirkət Gəncə MKTB ilə son üç ayda  artıq 2 müqavilə imzalayıb ki, bu müqavilələrin ümumi dəyəri 1 milyon 402 min 394 manatdır.

Belə ki, Gəncə MKTB şirkətlə sentyabrın 10-da çoxmərtəbəli yaşayış binalarının liftlərində cari təmir işlərinin satınalınması üçün 316 min 320 manatlıq, iyunun 6-da küçələrin işıqlandırma sistemlərinin yenilənməsi işləri üçün 1 milyon 86 min manat 74 manatlıq müqavilələr imzalayıb.

Qeyd edək ki, "Göygöl Təmir-Tikinti Təchizat T.R." MMC 6 mart 2019-cu ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Eldəniz Zeynalov Məmməd oğludur.