logo

Azərbaycanda 7 idmançının medalları əllərindən alındı

14:30 10-09-2020 | icon 2996
Azərbaycanda 7 idmançının medalları əllərindən alındı

2019-cu ildə  5 idman növü üzrə 5 yarışda (müxtəlif Azərbaycan çempionatı, Azərbaycan birinciliyi və ölkə kuboku) 7 idmançıdan toplanmış test nümunələrinin nəticəsi müsbət çıxıb və onların barəsində sanksiya tətbiq olunması ilə bağlı qərar qüvvəyə minib. Həmin idmançıların nəticələrinin ləğv edilməsi (mükafatçılar sırasında olduqları halda medalların geri alınması daxil olmaqla) barədə müvafiq respublika idman federasiyaları məlumatlandırılıb. 

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən bildirilib. 

Qeyd edilib ki, dopinq nəzarətinin əsas məqsədi idmanda ədalət prinsipinin təmin edilməsi, təmiz idmanın və idmançıların hüquqlarının qorunmasıdır.

Öz növbəsində həmin idman federasiyalarından AMADA-ya bildirilib ki, qaldırılan məsələ ilə bağlı müvafiq tədbirlər görülüb.

Nəticələri ləğv edilən və medalları geri alınan idmançılar siyahısını təqdim edirik

Həsənbəy Həsənzadə (+109 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı - I yer
Vasif Səfərov (+109 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı - II yer
Orxan Zeynalov (81 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı - II yer
Vüqar Şirinov (52 kq) 2019-cu ildə sambo üzrə Azərbaycan kuboku - I yer
Aliyə Müslümova (78 kq)2019-cu ildə keçirilmiş  cüdo üzrə U-21 gənclərin Azərbaycan birinciliyi - II yer 
Jalə Bayramova 2019-cu ildə keçirilmiş  güllə atıcılığı üzrə Azərbaycan  çempionatı - I yer
Kamran Orucov (63 kq) 2019-cu ildə keçirilmiş  boks üzrə Azərbaycan  çempionatı – III yer.