logo

"Coca-Cola"nın Azərbaycandakı direktoru dəyişdi

15:21 09-09-2020 | icon 4186
"Coca-Cola"nın Azərbaycandakı direktoru dəyişdi

Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan "Coca-Cola" şirkətinin məhsullarının Azərbaycanda istehsalını, distribütorluğunu və satışını həyata keçirən “Azərbaycan Coca-Cola Bottlers” MMC-nin yeni Baş Direktoru vəzifəsinə Rəna Məmmədova təyin edilib.

YeniAvropa xəbər verir ki, Rəna Məmmədova sentyabr ayının 1-dən yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, "Azərbaycan Coca-Cola Bottlers" MMC Türkiyənin Anadolu Qrupuna daxil olan və Yaxın Şərq, Qafqaz və Orta Asiya regionunun 10 ölkəsində "Coca-Cola" şirkətinin məhsullarını istehsal və satışını həyata keçirən Coca-Cola İçecek (CCİ) şirkətinin bir hissəsidir. “Coca-Cola İçecek” şirkətinin Azərbaycanda əvvəlki rəhbəri Hasan Ellialtı isə “Coca-Cola İçecek” Türkiyə ofisinin Baş Direktoru təyin edilib.

Ölkənin qida sənayesində 30 illik təcrübəyə malik Rəna xanım 1996-cı ildən “Coca-Cola İçecek” şirkətində Keyfiyyətə Nəzarət Meneceri vəzifəsində işə başlayıb və bu müddət ərzində bir sıra rəhbər vəzifələrə təyin edilib. 2018-ci ildən "Coca-Cola"nın Azərbaycan və Türkmənistan ölkələrinin Təchizat Sistemləri Direktoru vəzifəsində çalışıraq istehsal, keyfiyyətə nəzarət, planlaşdırma və satın alma, distribütorluq, texniki dəstək, optimallaşdırma kimi təchizat zənciri proseslərinə rəhbərlik edib. "Coca-Cola" sisteminin ən uğurlu qadın rəhbərlərindən olan Rəna Məmmədova Bakı Dövlət Universitində mikrobiologiya ixtisası üzrə bakalavr və magistr təhsili alıb, biologiya üzrə fəlsəfə doktorudur.